21 C
Baku
Saturday, October 11, 2025

Şimali Koreya ən son qitələrarası ballistik raketini nümayiş etdirib

Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) özünün ən son qitələrarası ballistik raketi “Hvason-20″ni nümayiş etdirib.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyindən məlumat verilib.

Məlumata görə, raketin nümayişi Koreya Fəhlə Partiyasının yaradılmasının 80-ci ildönümü münasibətilə Pxenyanın Kim İr Sen meydanında keçirilən hərbi parad çərçivəsində baş tutub.

“Koreya Xalq Demokratik Respublikasının ən güclü strateji nüvə silahı olan “Hvason-20″ qitələrarası ballistik raketlərinin kolonu meydana daxil olduğu zaman tamaşaçıların böyük sevinci ilə qarşılanıb”, – deyə məlumatda bildirilib.

Paradda, həmçinin “Cxonma-20” tankları, 155 mm-lik özüyeriyən haubitsalar, uzaqmənzilli strateji qanadlı raketlər və “yer-hava” tipli raketlər də nümayiş etdirilib.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər