25 C
Baku
Monday, June 23, 2025

Şimali Koreya ABŞ-nin İrana zərbələr endirməsini pisləyib

Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ-nin İran ərazisinə endirdiyi zərbələri pisləyib və bunu BMT Nizamnaməsinin kobud şəkildə pozulması adlandırıb. Nazirlik həmçinin hesab edir ki, Yaxın Şərqdəki böhranın səbəbi “İsrailin ərazi genişlənməsi istəyi” olub.

Şimali Koreya XİN əlavə edib ki, Yaxın Şərqdə eskalasiya “beynəlxalq təhlükəsizliyin əsaslarını sarsıdır” və bu, İsrailin hərəkətlərinə dözən “Qərb liberal nizamı” sayəsində mümkün olub. O, həmçinin İsrail və Amerikanın İran ərazisinə hücumlarından narahatlığını ifadə edib.

İsrail iyunun 13-dən məqsədi İranın nüvə proqramını məhv etmək olan “Aslan milləti” əməliyyatını həyata keçirir. İyunun 22-nə keçən gecə ABŞ hücumlara qoşularaq Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib.

Son xəbərlər
Digər xəbərlər