Şimali Koreya ABŞ və Cənubi Koreyanın düşmən hərəkətlərinə cavab olaraq “Hwasong-18” qitələrarası ballistik raketini sınaqdan keçirib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Raketin 6518.2 km maksimum uçuş hündürlüyündə 1002.3 km məsafəni 4415 saniyəyə qət edə bildiyi bildirilir.
“Raket dəqiqliklə nəzərdə tutulan hədəfə düşüb”, – deyə nəşr yazır.
Şimali Koreya lideri Kim Çen In qeyd edib ki, “Hwasong-18” qitələrarası ballistik raketinin sınağı ABŞ-ın “səhv qərar” qəbul edəcəyi təqdirdə Şimali Koreyanın nəyə hazır olduğunun göstəricisidir.