2 C
Baku
Monday, March 4, 2024

Şimali Koreya Cənubi Koreya ilə iqtisadi əməkdaşlıq qanununu ləğv edib

KXDR Ali Xalq Məclisinin Rəyasət Heyətinin XXX plenar iclasında Koreyalararası iqtisadi əməkdaşlıq haqqında qanun ləğv edilib.

Pxenyan bu addımı Koreya yarımadasında artan gərginlik fonunda atıb.

Şimali Koreya lideri Kim Çen In 2023-cü ilin sonunda Koreyalararası əlaqələri “bir-birinə düşmən olan iki dövlət” arasında əlaqə kimi şərh etdiyi üçün KXDR-də Koreyalararası işlərlə məşğul olan agentliklər ləğv olunub.

Bu arada Yonhap agentliyinə müsahibə verən Cənubi Koreyanın Birləşmə Nazirliyinin nümayəndəsi qanunun ləğvinin gözlənilən olduğunu bildirib. O, Pxenyanın bu addımının Şimali Koreyanı daha da təcrid olunmuş vəziyyətə salacağı barədə xəbərdarlıq edib. Agentliyin həmsöhbəti, həmçinin Koreyalararası iqtisadi əməkdaşlığa dair sazişlərin Pxenyanın birtərəfli qərarı ilə qüvvədən düşmədiyini vurğulayıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər