Koreya Xalq Demokratik Respublikası Rusiyaya silah satılmasına dair xəbərləri təkzib edib.
Bu barədə rəsmi KCNA agentliyi məlumat yayıb.
Agentliyə müsahibə verən Müdafiə Nazirliyi rəsmisi bildirib ki, Şimali Koreya heç zaman Rusiyaya silah-sursat satmayıb və bundan sonra da satmayacaq.
Qeyd edək ki, 2 həftə əvvəl Ağ Ev Rusiyanın Pxenyandan artilleriya qurğuları və raket aldığını iddia etmişdi.