Şimali Koreya hökuməti növbəti nüvə sınağına hazırlığı başa çatdırıb

KXDR hakimiyyəti faktiki olaraq növbəti nüvə sınağına hazırlığı başa çatdırıb.

Bu barədə Koreya Respublikasının elm və informasiya-kommunikasiya texnologiyaları naziri Li Con Ho Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Baş Konfransının sessiyasında bildirib.

“Hətta bu anda da KXDR BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozaraq qeyri-qanuni nüvə fəaliyyətlərini davam etdirir və yeddinci nüvə sınağına hazırlığı, demək olar ki, başa çatdırıb”, – o deyib.

Son xəbərlər
Digər xəbərlər