5 C
Baku
Saturday, December 14, 2024

Şimali Koreya kəşfiyyat peykini sınaqdan keçirib

Koreya Xalq Demokratik Respublikası (KXDR) ilk hərbi kəşfiyyat peykinin inkişafının son mərhələsi ilə bağlı Sohe raket poliqonunda sınaqlar keçirib.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, qurğu video da daxil olmaqla məlumatların ötürülməsi üçün bir neçə kamera və avadanlıqla təchiz edilib.

Şimali Koreyalı mütəxəssislər cihazın kosmik şəraitdə işləməsini, məlumatların idarəetmə mərkəzinə ötürülməsi imkanlarını və bir sıra digər parametrləri təsdiqləyiblər.

Koreya Mərkəzi Xəbər Agentliyi reaktiv daşıyıcının şəkillərini və qurğu tərəfindən çəkilmiş yer səthinin iki fotoşəkilini dərc edib. Sınağın nəticələri Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyasına təhvil verilib.

Qeyd edək ki, KXDR dekabrın 18-də Yapon dənizi istiqamətində 2 ballistik raket buraxıb. Raketlər Şimali Koreyanın Şimali Pyonqan vilayətindəki Tonqçanq adlı ərazidən 20 dəqiqə intervalla buraxılıb. Hər iki raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda dənizə düşüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər