Şimali Koreya lideri Kim Çen In ölkəsinin koronavirusa qalib gəldiyini elan edib.
Bu barədə “Renhap” xəbər agentliyi məlumat yayıb.
“O, ölkəyə daxil olan yeni koronavirusu məhv etmək üçün epidemiya əleyhinə fövqəladə kampaniyanın qələbəsini təntənəli şəkildə elan etdi”, – deyə Şimali Koreya mediası yazır.
Avqustun əvvəlində “Renhap” xəbər agentliyi Şimali Koreyada dördüncü gündür ki, virusa yoluxma ilə bağlı yeni faktın qeydə alınmadığını yazmışdı.