Şimali Koreya lideri Kim Çen In hərbi qarşıdurma baş verəcəyi təqdirdə ABŞ və Cənubi Koreyanın paytaxtları – Vaşinqton və Seulun məhv ediləcəyi ilə hədələyib.
Kim Çen In müvafiq bəyanatı Şimali Koreya ordusunun komandirləri ilə Yeni il görüşündə səsləndirib.
O vurğulayıb ki, Pxenyan düşmənləri məhv etmək üçün bütün supergüclü silah arsenalından istifadə etməyə hazırdır.
KXDR lideri əlavə edib ki, 2024 müharibəyə hazırlığın gücləndirilməsi üçün zirvə ili olacaq.