15 C
Baku
Saturday, October 19, 2024

Şimali Koreya lideri: “Rusiya sülh uğrunda müqəddəs müharibədə qalib gələcək”

Şimali Koreya lideri Kim Çen In Koreyanın azad edilməsinin 79-cu ildönümü münasibətilə Rusiya prezidenti Vladimir Putinə göndərdiyi teleqramda Moskvanın “sülh və ədalət uğrunda müqəddəs müharibədə” qalib gələcəyinə əminliyini ifadə edib.

Teleqramın mətni Koreya Mərkəzi Teleqraf Agentliyinin saytında yerləşdirilib.

“Rusiya xalqı Putinin enerjili rəhbərliyi altında dövlətin suveren hüquqlarını və təhlükəsizlik maraqlarını qətiyyətlə müdafiə edəcək”, – deyə Kim Çen In vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər