16 C
Baku
Thursday, March 28, 2024

Şimali Koreya növbəti dəfə ballistik raketlər buraxıb

Cənubi Koreya ordusu Koreya Xalq Demokratik Respublikasından (KXDR) iki qısa mənzilli ballistik raketin buraxılışını qeydə alıb.

Bu barədə Yonhap agentliyi Cənubi Koreyanın Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, raketlər yerli vaxtla saat 07:41-dən 07:51-dək (Bakı vaxtı ilə saat 02:41-dən 02:51-dək) ​​Hvanhe-Namdo əyalətinin Çanen rayonundan Yapon dənizinə doğru buraxılıb.

Qeyd olunub ki, bu ərazidən əvvəllər heç bir ballistik raket buraxılışları qeydə alınmayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər