“Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreyaya ilk zərbə endirmək niyyətində deyil. Lakin Seul “hərbi qarşıdurma” ssenarisinə üstünlük versə, o zaman Şimali Koreya nüvə qüvvələrini yerləşdirməyə məcbur olacaq”.
“Yonhap” agentliyi xəbər verir ki, bu sözləri Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin departament direktorunun müavini, KXDR lideri Kim Çen Inın bacısı Kim Yo Çjon deyib.
“Biz Cənubi Koreyaya heç bir güllə və ya mərmi atmayacağıq”, – Kim Yo Çjon vurğulayıb. Partiya rəsmisi onu da qeyd edib ki, əgər heç bir ölkə Şimali Koreyaya qarşı təxribat etməsə, onda KXDR heç vaxt birinci zərbə endirməyəcək.
“Başqa sözlə, bu o deməkdir ki, Cənubi Koreya ordusu dövlətimizə qarşı heç bir hərbi əməliyyat keçirməsə, o, bizim hücumumuzun hədəfi sayılmayacaq”, – Kim Ye Çon əlavə edib.