-1 C
Baku
Sunday, December 15, 2024

Şimali Koreya öz “Facebook”unu yaratdı

Şimali Koreya özünün “Starcon” sosial şəbəkəsini işə salıb.

CNN agentliyinin məlumatına görə, bu sosial şəbəkə qismən “Facebook”dan kopya edilib.

Yeni sayt bir neçə gün öncə “Dyn Research” analitik mərkəzi tərəfindən aşkar edilib. Portal tərəfindən aparılan analiz nəticəsində məlum olub ki, bu sosial şəbəkə quruluşuna və dizaynına görə “Facebook”un oxşarı və ya klonudur.

Hər iki sosial şəbəkə nəinki eyni rəng çalarlarına, hətta dostlar siyahısının, məlumatlar, şəxsi profil divarının və qrupların tərtibatında belə oxşayır. Mütəxəssislər güman edir ki, portalın tərtibatçıları resursu “Facebook” şablonuna uyğun yaratmağa imkan verən “phpDolphin” platformasından istifadə edirlər.

Hazırda “Starcon” sosial şəbəkəsi test rejimində çalışır. Orada dərc olunan məlumatlara görə, bu ilin yay aylarından başlayaraq bu sosial şəbəkə tam gücü ilə fəaliyyətə başlayacaq.

Maraqlısı isə budur ki, bu portala çıxışı nəinki Şimali Koreya sakinləri, həmçinin bütün dünyadan olan istifadəçilər əldə edəcəklər. Ancaq hələlik Şimali Koreya hökuməti saytın yaranmasına heç bir şərh vermir.

Lent.az

Son xəbərlər
Digər xəbərlər