9 C
Baku
Thursday, December 12, 2024

Şimali Koreya öz kriptovalyutasını inkişaf etdirir

Şimali Koreya öz kriptovalyutasını inkişaf elətdirməyi planlaşdırır.

Banker.az xəbər verir ki, bu kriptovalyuta ölkəyə beynəlxalq sanksiyalardan yayınmasına imkan verəcək.

KXDR-in mədəni əlaqələr Komitəsinin nümayəndəsi Alexandro Kao de Benos bildirib:

“Tokenin yaradılmasının başlanğıc mərhələsindəyik. Biz onun dəyərini təmin edəcək məhsulları araşdırırıq”.

Onun sözlərinə görə, kriptovalyuta Şimali Koreyanın milli valyutasına bağlı olmayacaq.

“Bu bitkoin və digər kriptovalyutalara oxşar bir şey olacaq”.

Ekspertlərin fikrincə, KXDR öz tokenini işə salmaq üçün kriptovalyuta sənayesində kifayət qədər təcrübəlidir.

Böyük Britaniyanın Birləşmiş Müdafiə Tədqiqatları İnstitutunun analitiki Kayla İzenman bildirib:

“Şimali Koreya kriptovalyutalara böyük maraq göstərir və bu sahədə kifayət qədər təcrübəlidir. Şübhəsiz ki, bu ölkə texniki baxımından bitkoin və ya milliləşdirilmiş kriptovalyuta yaratmaq bacarığına malikdir”.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Maliyyə Nazirliyi Şimali Koreyanın xakkerlərinə qarşı sanksiyalar tətbiq edib. “Lazarus”, “Bluenoroff” və “Andariel” şirkətləri kriptovalyuta birjalarından 2 milyard dollar oğurlanmasında ittiham olunurlar.

Son xəbərlər
Digər xəbərlər