Şimali Koreya qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanıyıb.
Bu barədə qondarma “DXR”in lideri Denis Puşilin bildirib.
Puşilin bunu “diplomatik qələbə” adlandırıb.
Beləliklə, Rusiyanın dəstəklədiyi separatçıların elan etdiyi qondarma respublikaları indiyədək tanıyan ölkələrin sayı 3-ə çatıb. Bundan öncə analoji addımı Rusiya və Suriya atıb.