Şimali Koreya rəhbərliyi Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən “referendum”ların nəticələrini dəstəkləyib.
Bu barədə məlumatı Şimali Koreya XİN-in Beynəlxalq Təşkilatlar Departamentinin rəhbəri Ço Çxol Su açıqlayıb.
“Rusiya ilə birləşməyi arzulayan insanların iradəsinə hörmət edirik və Rusiyanın bu bölgələri ölkənin bir hissəsi etməklə bağlı mövqeyini dəstəkləyirik”, – deyə Su qeyd edib.
Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib. Sentyabrın 30-u isə Kremldə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə sözügedən 4 vilayətin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələr imzalanıb.