Şimali Koreya Yapon dənizi/Şərq dənizinə ballistik raket atıb.
Bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Şimali Koreya Yapon dənizi/Şərq dənizinə naməlum ballistik raket atıb.
Noyabrın 17-də Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq-hi bildirib ki, Şimali Koreya ABŞ-ın genişləndirilmiş nəzarətinin gücləndirilməsinə, Vaşinqton və onun müttəfiqlərinin regiondakı hərbi fəaliyyətinə birbaşa mütənasib şəkildə cavab verəcək.
Bundan əvvəl Koreya Xalq Ordusunun Baş Qərargahının hesabatında deyilirdi ki, KXDR-in raket buraxılışları Cənubi Koreya və ABŞ-ın birgə hərbi təlimlərinə cavabdır.
Şimali Koreya xəbərdarlıq edib ki, KXDR-in istənilən təxribatlara cavabı daha da amansız olacaq.