6 C
Baku
Sunday, December 15, 2024

Şimali Koreyadan olan xakerlər dünya banklarına hücum edir

Banker.az saytının The New York Times nəşrinə istinadən verdiyi xəbərə görə, Şimali koreyalı xakerlər Dünya bankı və Avropa Mərkəzi bankı da daxil olmaqla dünyanın 100-dən çox maliyyə təşkilatına kiber hücum etməyə hazırlaşırmışlar.

Belə ki, ekspertlərin The New York Times-a verdiyi IP-ünvan siyahısına əsasən, Şimali koreyalı xakerlər Rusiya, Venesuela, Meksika, Çili, Çexiya, ABŞ və Uruqvay maliyyə təşkilatlarına kiber hücum etməyi planlaşdırırmışlar.

Keçən ilin sonunda Polşa banklarına hücum zamanı xakerlər növbəti hücumlar haqqında məlumatları gizlətməyə nail olmayıblar. Xoşbəxtlikdən, Polşa banklarına edilən hücum vaxtında aşkar edilir və müştərilərin vəsaitlərini qorumaq mümkün olur. Lakin ekspertlər qeyd edir ki, Şimali Koreyadan olan kiber cinayətkarlar artıq daha professional hərəkət etməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər