9 C
Baku
Monday, November 18, 2024

Şimali Koreyalı hakerlər ötən il 395 milyon dollarlıq kriptovalyuta oğurlayıblar

Şimali Koreyalı hakerlər keçən il kriptovalyuta birjalarına və investisiya firmalarına keçirdikləri yeddi hücumda 395 milyon dollar (671,5 milyon manat) dəyərində kriptovalyuta oğurlayıblar.

Bu barədə “Chainalysis” blokçeyn araşdırma firmasının analitikləri bildiriblər.

“Chainalysis”, zərərli proqram nümunələri, haker infrastrukturu və Şimali Koreya hakerləri tərəfindən idarə olunduğu düşünülən blokçeyn ünvanlarının klasterlərində oğurlanmış pulların izlənilməsi əsasında 2021-ci ilin bütün yeddi kriptovalyuta hüxumlarını Şimali Koreya ilə əlaqələndirib.

Hesabata görə, oğurlanmış kriptovalyutaların ümumi həcmindən 58%-i (272 milyon dollar/ 462,4 milyon manat) “Ethereum”un, 1/5-i isə aparıcı kriptovalyuta olan “Bitcoin”in payına düşür. Tokenlərin payı 11% təşkil edib.

“Chainalysis” iddia edir ki, bütün oğurluqlar Şimali Koreya hökuməti üçün işləyən müstəqil hakerlər qrupu “Lazarus” tərəfindən həyata keçirilib. Bununla belə, hesabatda haker hücumlarının qurbanlarının adı açıqlanmır.

Analitiklərin hesablamalarına görə, son beş ildə Şimali Koreyalı hakerlər tərəfindən oğurlanan kriptovalyutaların ümumi həcmi 1,5 milyard dolları (2,5 milyard manat) keçib.

 

 

Son xəbərlər
Digər xəbərlər