9 C
Baku
Friday, December 13, 2024

Şimali Koreyanın atdığı raket Koreya yarımadasının şərq sahilinə düşüb

Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən buraxılan raket maksimum 45 kilometr hündürlükdə və təxminən, 240 kilometr uçub.

Bu barədə Cənubi Koreya Silahlı Qüvvələri məlumat yayıb.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, raket Koreya yarımadasının şərq sahilinə düşüb.

Raket yerli vaxtla saat 10:48-də Kanvondo əyalətindəki Vonsan şəhərindən buraxılıb.

Cənubi Koreya bu hadisəni ciddi təxribat adlandırıb və raket buraxılışlarını dayandırmağa çağırıb. Yaponiya raketin bu ölkənin iqtisadi zonasından kənara düşdüyünü bildirib. Rəsmi Tokio da Pxenyanın hərəkətlərini pisləyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər