Şimali Makedoniya parlamenti Finlandiya və İsveçin NATO-ya üzvlüyünə dair protokolları ratifikasiya edib.
Bu barədə Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani “Twitter”də bildirib.
“Finlandiya və İsveçi NATO müttəfiqləri kimi qarşılamağı səbirsizliklə gözləyirik, bu Alyansı və Transatlantik təhlükəsizliyi əhəmiyyətli dərəcədə gücləndirəcək”, – XİN başçısı qeyd edib.