12 C
Baku
Cümə axşamı, May 26, 2022

Şimali Makedoniya Rusiyanın altı diplomatını ölkədən çıxarır

Şimali Makedoniya Rusiyanın altı diplomatını persona non-qrata elan edib.

Rusiyanın Skopyedəki səfiri Sergey Bazdnikin Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim edilib.

Altı diplomatın hamısı Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına zidd hərəkətlərdə ittiham olunur. Onlara növbəti beş gün ərzində Şimali Makedoniyanı tərk etmək əmri verilib.

Mart ayında Şimali Makedoniya hakimiyyəti eyni səbəblə artıq beş rus diplomatını ölkədən çıxarmışdı.

 

 

Son xəbərlər
Oxşar xəbərlər