16 C
Baku
Thursday, April 25, 2024

Simo Xayma «Ağ ölüm»

Əksər hallarda hərbçilər müzakirə mövzusuna çevrilirlər, onların qəhrəmanlıqları haqqında əfsanələr uydurulur. Simo Xayma tarixə dünyanın və bütün dövrlərin ən yaxşı snayperi kimi düşüb.

O, adi bir fermer olub. Vətənini qırmızı ordudan qorumaq üçün müharibəyə gedib. Cılız bədən quruluşu və kiçik boyuna (1, 6 m.) baxmayaraq, Simo Xayma öz işinin əl professionalı idi. Bunun sübutu snayperin silahlarda yerləən nişan almaq üçün optik gözlükdən istifadə etməməsi idi. Bunun sayəsində onun yerini aşkarlamaq qeyri-mümkün idi.

Adətən snayperi optik gözlükdən əks olunan günəş şüaları ələ verir. Optik gözlüksüz dəqiq nişan almaq çox çətindir. Lakin Simo Xaymanın 505 dəqiq nişanı onun nə qədər professional olduğunun sübutudur. Onun sovet-fin müharibəsi zamanı aktiv fəaliyyəti Simoya hərbçilər arasında şöhrət qazandırır və ona “Ağ ölüm” ləqəbini qazandırır.

Sovet əsgərləri Simo Xaymanı onun tətbiq etdiyi taktikaya görə «Ağ ölüm» adlandırmışdılar. Əməliyyatdan öncə fin əsgəri atəş zamanı qarın ətrafa səpələnməməsi üçün qarı taptalayırdı və özünü qar yığınına basdırırdı. Aldığı nəfəsinin onu ələ verməməsi üçün Simo daim qar çeynəyirdi. Bu üsul bugünkü günə qədər xüsusi qüvvələr tərəfindən tətbiq edilir. Beləliklə, düşmənləri uzun zaman snayperi tapa bilmirdilər.

«Ağ ölümü»n mövqeyini aşkar etmək üçün sovet ordusu xüsusi hərbi dəstələr təyin edirdilər, piyada qoşunlarına qarşı minalar quraşdırırdılar, artilleriya isə mütəmadi olaraq onun ola biləcəyi yerləri atəşə tuturdular. Bir dəfə qumbara Simo Xayxaya o qədər yaxınlıqda partlayır ki, onun kamuflyaj libasını yırtmışdı.

Lakin snayper özü xəsarət çəkməmişdi. Sovet ordusunun cəhdlərinə baxmayaraq, cəsarətli snayper 100 gün davam edən hərbi hərəkat zamanı 705 nəfər sovet əsgəri öldürmüşdü. Və həmvətənlərində ruh yüksəkliyi yaratmışdı.

Nəhayət bir sovet əsgəri əlbəyaxa döyüşdə Simo Xaymanı güllələyə bilir. Onun üzünün bir hissəsi güllədən tamamilə getmişdi. Simo Xayma bir müddət komada yatır. Həyata qayıdandan sonra isə o, kənddə sakit həyatına davam edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər