Ermənistan parlamentinin sədri Alen Simonyan Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşəcək.
Bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Görüş Simonyanın Ankaraya səfəri çərçivəsində baş tutacaq.
Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında iştirak etmək üçün Türkiyəyə yola düşəcək Ermənistan nümayəndə heyətinə parlamentin spikeri Alen Simonyan rəhbərlik edəcək.
Ermənistan nümayəndə heyəti Parlament Assambleyasının iclasında, Simonyan isə parlament sədrlərinin sammitində iştirak edəcək.
Parlament Assambleyasının iclası 4-5 may tarixlərində baş tutacaq.
Simonyan Parlament Assambleyasının yaradılmasının 30 illiyinə həsr olunmuş parlament spikerlərinin sammitində iştirak edəcək.
Xatırladaq ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Baş Assambleyasının iclası sonuncu dəfə ötən ilin dekabrında Belqradda keçirilib.