“Simurq Kompani” ASC 2024-cü ili 17 907 manat mənfəətlə başa vurub. Halbuki, ASC 2023-cü ili 33 097 manat zərərlə bağlamışdır.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Simurq Kompani” ASC-nin əsas əməliyyat gəlirləri 1 milyon 243 min manat (əvvəlki ilə nisbətən 0.5% az), satışın maya dəyəri 1 milyon 225 min manat (4.4% az) təşkil edib.
Hesabat dövründə “Simurq Kompani” ASC-nin cəmi aktivləri 529 min manatdan 417 min manata, cəmi öhdəlikləri 705 min manatdan 593 min manata düşüb.







