22 C
Baku
Monday, July 22, 2024

Sınaq müddətində olan işçiyə əməkhaqqı hesablanırmı?

Əmək müqaviləsi bağlanarkən müəyyən edilən sınaq müddəti Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən 3 aydan çox ola bilməz, eyni zamanda, əmək müqaviləsi sınaq müddəti olmadanda bağlana bilər.

Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sınaq müddəti dövründə işçinin bütün hüquq və bərabərliyi təmin olunmalıdır. Yəni, əməkhaqqı ödənilmədən və ya müqavilə bağlanılmadan işçini işlətmək qadağandır.

Sınaq müddətinin təyin edilməsinin əsas səbəbi iş ilə bağlı hərhansı bir uyğunsuzluq olduğu halda daha asan yolla əmək müqaviləsinə xitam verə bilməkdir. Əgər işəgötürən sınaq müddətində olan şəxsin işindən razı olmasa, ona sınaqdan keçmədiyini əsaslandırıb, əmək müqaviləsinə xitam verə bilər.

Eyni zamanda, Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən bəzi şəxslərlə əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən edilmir:

– yaşı 18-dən az olan şəxslərlə;

– müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;

– hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;

– təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;

– ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;

– iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə.

Mənbəe-huquq.az
Son xəbərlər
Digər xəbərlər