26 C
Baku
Saturday, July 27, 2024

“Singapore Airlines” Belarus üzərindən uçuşları dayandırır

“Singapore Airlines” aviaşirkəti Belarusun hava sahəsi üzərindən uçuşları dayandırır. Banker.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şirkətin nümayəndəsinə istinadən “CNA” məlumat verib.

“Müştərilərimizin və ekipajlarımızın təhlükəsizliyi bizim üçün prioritetdir. Hal-hazırda Belarusun hava sahəsindən qaçınmaq üçün Avropaya gedən uçuşları yenidən qururuq və vəziyyəti yaxından izləməyə davam edirik”, – deyə mesajda bildirilir.

Xatırladaq ki, 23 may tarixində Afinadan Vilnüsə uçan “Ryanair” təyyarəsi minalanma xəbəri səbəbindən təcili olaraq Minsk hava limanına enib. Verilən məlumata görə, təyyarədə Belarusda ekstremist kimi tanınan Roman Protaseviç uçub. Sənədlərin yoxlanışı zamanı Protaseviç saxlanılıb.

Son xəbərlər
Digər xəbərlər