3 C
Baku
Saturday, December 14, 2024

“Singapore Airlines” turbulentliklə qarşılaşan sərnişinlərə $25 min təzminat ödəyəcək

“Singapore Airlines” may ayında ağır turbulentliklə qarşılaşan Londondan Sinqapura uçan sərnişinlərə təzminat ödəməyi təklif edib. Aviaşirkət hadisə nəticəsində yüngül xəsarət alan sərnişinlərə 10 min dollar ödəməyə hazırdır. O, ciddi xəsarət almış sərnişinlərlə ödənişlərin məbləğini müzakirə etməyi planlaşdırır –  şirkət onlara 25 min dollar ödəməyi təklif edib.

Xatırladaq ki, may ayında turbulentlik çox güclü olub və xəsarət alanlarla yanaşı, 1 sərnişin infarkt keçirərək dünyasını dəyişib. Təyyarə Banqkokda təcili eniş etmək məcburiyyətində qalıb.

Ötən həftə “Singapore Airlines” 20 sərnişinin hələ də xəstəxanada olduğunu bildirib. Aviaşirkət artıq uçuşda olan bütün sərnişinlərə kompensasiya verib və Banqkokdan Sinqapura getməli olduqları xərclərin kompensasiyası kimi hər birinə 740 dollar ödəyib.

Son xəbərlər
Digər xəbərlər