16 C
Baku
Thursday, April 25, 2024

“Sinko Qrup Azərbaycan” ötən il zərər edib

“Sinko Qrup Azərbaycan – Sığorta və Təkrar sığorta üzrə Broker” 2022-ci ildə 4 min 211 manat zərər edib.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Sinko Qrup Azərbaycan”ın cəmi gəlirləri 4 min 830 manat, cəmi xərcləri 9 min 42 manat təşkil edib.

Hesabat dövrünün sonuna “Sinko Qrup Azərbaycan – Sığorta və Təkrar sığorta üzrə Broker”in cəmi aktivləri 13 min 23 manat olub ki, bu da illik müqayisədə 6% artım deməkdir.

Qeyd edək ki, “Sinko Qrup Azərbaycan” 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 4 min manatdır və qanuni təmsilçisi Namiq Tağıyevdir.

2023 03 31 20

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər