Sinqapur hökuməti tullantıların miqdarını azaltmaq və elektrikli nəqliyyat vasitələrinin istehsalını stimullaşdırmaq üçün 2025-ci ildən dizel yanacaqlı minik avtomobillərinin qeydiyyatını qağadan etməyi qarşısına məqsəd qoyub.
Banker.az xarici KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, əvvəllər bunu 2030-cu ilə qədər etmək planlaşdırılsa da, sonradan bunu beş il tezləşdirilməsinə qərar verilib. “Land Transport Authority”nin (LTA) qeyd etdiyi kimi, bu gün Sinqapurda bütün avtomobillərin təxminən 2.9%-i dizel yanacağı ilə işləyir və bu tip avtomobillərin taksi xidmətindəki payı 41.5%-ə çatır. Bundan əlavə, Sinqapurda əksər yük maşınları və avtobuslarının dizel mühərrikli olsa da, yeni tənzimləmə qaydalarının onlara aid olmadığı bildirilir.
LTA vurğulayır ki, 2030-cu ilədək Sinqapurda 60 min elektrikli vasitə üçün şarj nöqtələri qurulacaq. Onlardan 40 mini ictimai dayanacaqlarda, qalanları isə xüsusi mülklərdə olacaq. Hökumət yaşayış komplekslərində elektrikli nəqliyyat vasitələri üçün şarj cihazlarının quraşdırılması üçün qrant ayırmağı planlaşdırır. 2023-cü ilədək Sinqapur xüsusi yaşayış binalarında 2000 şarj cihazının quraşdırılmasını maliyyələşdirməyə söz verib.
Elektrikli avtomobillərin yeridilməsi siyasətinə dövlət orqanı – Milli Elektrikli Avtomobillər Mərkəzi (NEVC) nəzarət edəcək.
Sinqapur hökuməti karbon emissiyasını azaltmaq üçün digər tədbirləri də açıqlayıb. Bunlara günəş enerjisinin inkişafına diqqətin artırılması, əlavə 1 milyon ağac əkilməsi, dəmir yolunun tikintisi və zibil tullantılarının beş il ərzində 20% azaldılması daxildir.