Cənubi-Şərqi Asiya ölkəsi Sinqapur uzun müddət sonra Azərbaycanda xam neft almağa başlayıb.
Bu barədə Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2023-cü ilin mart ayında neft tankeri Azərbaycan neftinin 1 milyon 8.5 min barreli Sinqapura aparıb.
Bununla da Azərbaycana 87 milyon 786.4 min ABŞ dolları həcmində valyuta daxil olub.
Azərbaycan neftin bir barelini Sinqapura ortalama 87 dollara satıb.