2023-cü ildə dünyanın ən bahalı şəhəri Sinqapur olub, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir. İkinci və üçüncü sırada Şanxay və Honq-Konq qərarlaşıb. “Julius Baer” şirkətinin ekspertləri reytinqi tərtib edərkən, gəliri 1 milyon dollardan çox olan insanlar üçün dünyanın 25 şəhərində yaşayış xərclərini hesablayıblar.
Pandemiyadan sonra varlı insanların Sinqapura axını artıb, bu da qiymətlərə təsir göstərib. “Yüksək yaşayış səviyyəsi və yerli infrastruktura artan tələbat o deməkdir ki, burada həyat heç də ucuz deyil”, – tədqiqatda qeyd olunur.
London reytinqdə dördüncü yerə düşüb. Analitiklər qeyd edirlər ki, “Brexit” və “onun ardınca gələn qarışıqlıq” Böyük Britaniyanın reputasiyasına xələl gətirməkdə davam edir, şəhər Dubay və Sinqapur kimi inkişaf etməkdə olan maliyyə mərkəzləri tərəfindən artan rəqabətlə üzləşir.
İlk 10-luğa həmçinin Monako, Dubay, Taypey, Sao Paulo və Mayami daxil olub.