11 C
Baku
Monday, November 25, 2024

Sinqapur: Dünyanın ən yaxşı, lakin mübahisəli təhsil modeli

Jack-ın həftəlik proqramı tamamilə doludur. Qarşıdakı bir ay ərzində də belə olacaq.

Bazar ertəsi günlərində onun saatı 06:00-da çalışmağa başlayır. 12 yaşlı uşaq 07:30-da artıq riyaziyyat məsələlərini həll etməyə çoxdan başlayıb. Çərşənbə axşamı çin dili dərslərindən sonra onun 45 dəqiqəlik fasiləsi var. Digər bir fasiləsi isə cümə günləri 16:20 və 17:15 arasıdır.

Şənbə günləri də riyaziyyat, elm, çin və ingilis dili dərsləri var. Ancaq şənbə günü onun proqramında boş gün sayılır əslində, çünki iki saatlıq fasiləsi belə var. Amma Jack bazar günü sıx proqramına geri qayıdır və 21:00-da yatağa girənə qədər çalışır.

Ən çox bəyənilən təhsil sistemlərindən biri

5,8 milyon əhalisi olan Sinqapurda Jack və minlərlə digər uşaqlar ibtidai sinif məzuniyyəti imtahanlarına buna oxşar bir proqramla hazırlaşırlar.

Sinqapurda təhsilFotonun müəllifi: GETTY IMAGES – Sinqapurda müəllimlərin orta işə başlama maaşı 1600-3500 dolları arasında dəyişir.

Jack-ın 42 yaşlı bank işçisi olan anası Sehryl Low “Ümumilikdə şikayət etmir, çünki proqramı digər uşaqlarınkı qədər ağır deyil. Digər valideynlərlə danışan zaman həmişə oğluma daha çox dərs kitabı almaq lazım olduğunu hiss edirəm” deyir.

Sinqapur dünyanın ən çox bəyənilən təhsil sistemlərindən birinə sahibdir. Sinqapurlu uşaqlar İqtisadi Əmıkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 75 ölkədə həyata keçirdiyi riyaziyyat, elm və oxumaq sahələrindəki fəaliyyəti ölçən PİSA imtahanlarında üst sıralarda yer alır.

Ölkənin əldə etdiyi bu yaxşı nəticələr bir neçə amillə izah edilir. Bunlardan biri bürokratların dünyanın ən yaxşı universitetlərində təhsil almış olması və missiyalarının aydın olmasıdır: Sinqapuru dünyanın ən varlı, ən inkişaf etmiş, ən yaxşı təhsilli ölkələrindən biri vəziyyətinə gətirmək.

Müəllimlərə yaxşı maaş

Clive Dimmock-un fikrincə, Sinqapuru bu qədər müvəffəqiyyətli edən səbəblərdən biri də müəllimlərinin son dərəcə səriştəli olmasıdır.

Glasgow universitetindən olan Dimmock Sinqapur Beynəlxalq Təhsil İnstitutunun bir liderlik proqramını koordinasiya etməsi üçün dəvət etdiyi bir mütəxəssisdir.

Sinqapurda təhsilFotonun müəllifi: GETTY IMAGES – Sinqapurlu şagirdlər imtahanlara hazırlaşarkən məktəbdən kənarda xüsusi dərs də keçirlər.

Təhsil sahəsindəki maaşlar, sənaye və maliyyə sahələrilə rəqabət bu universitetlərin ən yaxşı məzunlarını cəlb etməyə kömək edir.

Müəllimlərin orta başlanğıc maaşı ayda 1600-3500 dollar arası dəyişir.Onlar əlavə dərslər və fəaliyyət mükafatları da alırlar. Sinqapur bundan başqa büdcəsinin yüzdə 20%-ni təhsilə ayırır. Dimmock bu vəziyyəti “texnologiyaları, laboratoriyaları və mükəmməl dərs kitabları var” deyə açıqlayır.

Yoxsul və savadsız keçmiş

Sinqapur bir vaxtlar Asiyanın ən yoxsul ölkələrindən biri idi.

Sinqapurda təhsilFotonun müəllifi: GETTY IMAGES – Sinqapur 1960-cı illərdə yoxsul bir ölkə olarkən, savadsızların nisbəti də yüksək idi.

Rəsmi məlumatlara görə, 1965-ci ildə Malayziyadan müstəqillik əldə etdiyi zaman Sinqapurda yalnız elit təbəqənin təhsili vardı və əhalinin yarısı yazıb-oxumaq bilmirdi. Bundan başqa ölkədə neft kimi təbii qaynaqlar da yox idi. Bu səbəbdən də sərmayəni insana yatırdılar. Sinqapur bəzi əsas azadlıqlara mane olan, rəhbərliyə sədaqət isə sosial təhülkəsizlik və rifahı təmin edən avtoritar bir rejimə sahibdir. Bu fəlsəfə təhsil sistemində də əhəmiyyətli rol oynayır.

“Karyera təqribən 2 yaşında başlayır”

Kiasu deyən tanınan,həmişə nəyisə qaçırdığınız hiss xalqın şüurunda böyük bir yer tutur.

Sinqapurda təhsilFotonun müəllifi: GETTY IMAGES – Sinqapurda təhsildə rəqabət kiçik yaşda başlayır.

Keçmiş müəllim Dawn Fung bu narahatlığın “ailələri yaxşı qiymət almayacaqlarından qorxan uşaqların həyatını çox çətinləşdirdiyini” söyləyir. Uşaqlar ən yaxşı məktəblərə və universitetlərə daxil olmaq üçün PSLE olaraq tanınan və təhsillərinə necə bir məktəbdə davam edəcəklərini müəyyən edən ibtidai məktəb imtahanlarına tez hazırlaşmağa başlayırlar.

Fung “bu karyera təqribən 2 yaşında başlayır” deyir. Rəqabətli bir sistemdir və sinqapurlu uşaqların çoxu xüsusi dərs də keçirlər.

Sinqapurda təhsil
Fotonun müəllifi: GETTY IMAGES – Sinqapurlu şagirdlərə çoxlu ev tapşırıqları verilir.

Jack-ın anası Sheryl Low uşağının xüsusi dərslərinə ayda700 dollar xərcləyir. Xüsusi dərs gəlir gətirən bir sahədir və Strait Times qəzetinin yazdığına görə, sahənin böyüklüyü 750 milyon dolları əhatə edir. Lakin əlavə dərslərin faydalı olub-olmadığı mövzusunda mübahisələr var. Ciddi proqram və xüsusi dərslərə baxmayaraq Jack anasının istədiyi elit məktəbə daxil olmaq üçün PSLE-dən lazım olan balı toplaya bilməyib.

Evdə təhsil

Dawn Fung xüsusi dərs sahəsini PSLE imtahanının şagirdlər üçün nə qədər çətin olmasına dair dəlil olaraq gördüyünü deyir.

Sinqapurda təhsilFotonun müəllifi: GETTY IMAGES – Evdə təhsili seçən ailələrin sayı artmaqdadır.

Dawn Fung “Niyə daha asanlaşdırmırıq ki? Niyə uşaqlarımız yaşlarına uyğun imtahana girmirlər?” deyir.

Fung ana olduqdan sonra ənənəvi təhsil sistemini tərk edərək uşağına evdə təhsil verməyə başlayıb.

“Sizi bədbəxt edən bir sistemin parçası olmağın səhv olduğuna inanıram. Uşağınızı müsbət öyrənmək mühiti olmayan bir təhsil sisteminə daxil etməyin qəddar bir şey olduğunu düşünürəm” deyə danışır. Evdə təhsili seçən hər ailə kimi Fung da beynəlxalq tədrisi tətbiq etmək və qızları da PSLE imtahanına girmək məcburiyyətindədir. Aldıqları qiymətlər beynəlxalq səviyyədən aşağı olmamalıdır.

Narahatlıq və intihar

Jack-ın anası Sheryl Low PSLE-dən lazım olan balı toplaya bilmədiyi üçün oğlunun utanacağından narahatdır. “Oğlum xoşbəxt deyil” deyir.

Sinqapurda təhsilFotonun müəllifi: GETTY IMAGES – Yüksək maaşlar ən yaxşı universitet məzunlarını təhsil sahəsinə cəlb edir.

Bir pilot olmağı xəyal edən Jack da təkrar imtahan verməyə hazırlaşır. Mükəmməllik axtarışının da mənfi tərəfləri var: stress və narahatlıqdan təsirlənən uşaqların sayında artım hiss edilir. Bu vəziyyət gənclər arasında intihar nisbətini artırır. Ölkədə 10-29 yaşındakıların başlıca ölüm səbəbləri intihardır. Hökümət əvvəlki illərdə təhsil sisteminin tələbələrə təzyiq göstərdiyini qəbuledib. İnformasiya naziri Ong Ye Kung “Sistemin şagirdlərə çox əziyyət verməyəcyi bir şəkildə inkişaf etməsini təmin edəcəyik” deyib. Bundan başqa nazir şagirdlərdən bir-birilərinin əqli sağlamlığını yaxından müşahidə etmələrini istəyib.

Sinqapurda təhsilFotonun müəllifi: GETTY IMAGES – Sinqapurun ən yaxşı məktəblərinə dünya miqyaslı imtahanlarla daxil olmaq olur

Hökumət əzbərdən çox,öyrənmək müddətinə diqqət yetirən “Düşünən Məktəblər, Öyrənən Millət” adlı siyasəti qəbuledib. Şüari da “Daha çox öyrət, daha çox öyrən”dir.

Dimmock “İşləri öz üsullarıyla etmək, qruplarla çalışmaq və özlərinin düşünməsi şagirdlər üçün daha təşviq edicidir”deyir.

“Unudulmuş” şagirdlər

Lakin hələ də yaxşı bal almayan şagirdlər fərqli bir münasibət görürlər. California State Universitetinin tədqiqatçısı, professor Matthew Atencio 2011-ci ildə Sinqapura gedərək “mükəmməl” qəbul edilməyən şagirdlərin fəaliyyətində müəllimlərin oynadığı rolu araşdırıb. O, gedərək artan bir qeyri-bərabərliklə qarşılaşıb.

Sinqapurda təhsilFotonun müəllifi: GETTY IMAGES – Gənclər arasında intihar hadisələrinin artması, Sinqapur hökumətini təhsil sistemini nəzarətə götürməyə məcbur etdi.

Atencio “Yüksək gəlirli bəzi aillərin xüsusi dərsə verəcək pulları var və bunun gələcəkdə təhsil, sosial və peşəkar şəbəkələr üzərində bir təsiri olur” deyərək belə davam edib:

“Təhsil sistemləri keçmişdən bu yana cəmiyyətdən kənara atılmış insanların ehtiyaclarına cavab verməlidir. Bu bir sosial ədalət məsələsidir. Hər bir qrupun cəmiyyətə verə biləcəyi inanılmaz töhfələr var. Təhsil sadəcə üstün təbəqəni yenidən istehsal etməməlidir”.


– BBC (Azərbaycanca)

Son xəbərlər
Digər xəbərlər