5 C
Baku
Friday, February 14, 2025

Sinqapur hökuməti əhaliyə 511 mln. dollar ödəyəcək

 

Sinqapur hökuməti əhaliyə ölkənin inkişafında iştirak etdiklərinə görə 511 mln. dollar ödəniş edəcək. Bu haqqda ölkənin Maliyyə nazirliyinin saytında bildirilib.

Birdəfəlik ödəniş artıq 2018-ci ilin büdcəsində nəzərdə tutulub. Əgər vətəndaş il ərzində 28 min sinqapur dollarından (20.4 min amerika dolları) az gəlir əldə edibsə o zaman ona 300 sinqapur dolları ($219.2 dollar) ödəniləcək. Əgər onun illik gəliri 100 min sinqapur dollarındırsa o zaman 200 sinqapur dolları (146 dollar) alacaqdır. Bütün əhali 100 sinqapur dollarından az olmayan ödəniş alacaq (73 dollar).

Maliyyə nazirliyindən verilən məlumata görə, bu ödənişi yetkinlik yaşına çatan bütün əhali ala biləcək (2.8 mln. nəfər).

Son xəbərlər
Digər xəbərlər