9 C
Baku
Thursday, December 12, 2024

Sinqapur karantin rejimini pozanları vətəndaşlıqdan məhrum edir

Sinqapur hökuməti karantin rejimini ciddi şəkildə pozanları vətəndaşlıqdan məhrum edir.

Respublikanın İmmiqrasiya və Nəzarət İdarəsinin verdiyi məlumata görə, martın 19-u 53 yaşlı Qo İlya Viktor İndoneziyadan Sinqapura geri qayıdıb. Səlahiyyətlilərin onu 14 günlük karantinə almasına baxmayaraq, şəxs yenidən İndoneziyaya səyahət edib. Sinqapurdan çıxarkən, ona təcridetmə rejiminin pozulması və müvafiq cəza barədə xəbərdarlıq edilib, lakin Qo İlya Viktor buna heç bir məhəl qoymayıb ölkəni tərk edir və martın 24-ü yenidən respublikaya girməyə çalışır.

Banker.az-ın TASS-a istinadən verdiyi məlumata görə, qəsdən törədilən qanun pozuntusunun şiddətini nəzərə alaraq, Qo İlya Viktoru vətəndaşlıqdan məhrum etmək qərarı verilib. Sinqapur hökuməti təcrid qaydalarını pozanlara qarşı ən sərt tədbirlər görmək niyyətindədir, bu cür cinayətlərə görə 10 min Sinqapur dolları (7 min ABŞ dolları) cərimə və / və ya 6 aya qədər həbs cəzası tətbiq olunur. Cəzasını çəkdikdən sonra əcnəbilər ölkədən deportasiya ediləcəklər.
Qeyd edildiyi kimi, Sinqapura gələnlərin hamısı ciddi 24 günlük karantində olmalıdırlar, martın 23-dən etibarən yerli hakimiyyət orqanları daimi yaşayış üçün icazəsi olmayan əcnəbilərin girişi və tranziti üçün ölkəni tamamilə bağladılar.

Hal-hazırda Sinqapurda 800 nəfər yoluxub, onlardan 200 nəfər tam olaraq sağalıb, iki nəfər isə dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər