“Sinqapur möcüzəsi”nin yaradıcısı Li Kvan Yu uğurları haqqında

0

Bu günlərdə “Sinqapur möcüzəsinin” 87 yaşlı yaradıcısı Li Kuan Yu və dövrün ən parlaq siyasətcisi Li Kuan Yu Sinqapurun mentor-naziri vəzifəsindən istefaya getdiyini elan etdi.

Ölkəni baş nazir vəzifəsində 30 il idarə etdikdən sonra və yeddi il ərzində hökumətin rəhbəri olduqdan sonra “gənclərə yol vermək” üçün istefaya gedir. Bu illər ərzində o, heç bir təbii ehtiyatları olmayan Sinqapuru kasıb balıqçı kəndindən demək olar ki korrupsiya olmayan, əhalisi isə dönyada ən firavan və təhsilli olan, inkişaf etmiş dövlətə çevirməyi bacarmışdı. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Keçən yüzilliyin 50-ci illərində Sinqapur Li Kuan Yunun ölkəsində ingilis dilini əsas dil etmək üçün inadkar səyləri hesabına inkişafda sıçrayış etməyə bacarmışdır.  Hal hazırda sinqapurluların çoxunun öz aralarında sərbəst ingiliscə danışdıqları zaman, Li Kuan Yu daha tez-tez Çin dilinin öyrənməsinin lazım olduğu haqqında danışır və onu yerli məktəblərdə fəal tətbiq edir.

-Həyatınızda sizə kim daha çox təsir göstərmişdir?

– Mən yaxşı, uğurlu hüquqşünas olmaq istəyirdim.   Britaniyalıların idarə etdiyi, bütün hakimlərin və prokurorların britaniyalılar olduğu ölkədə hüquqşünas olmaq üçün mən onlar kimi britaniyalı olmalı oldum, britaniya ingiliscəsini öyrəndim, mən universitetlərdə və ən yaxşı hüquqşünas məktəblərində oxuyurdum. Vətənə qayıtdıqdan sonra, mən işləmək üçün ən yaxşı Britaniya hüquqşünaslar məktəbinə daxil oldum. Bir qədər vaxt sonra mən həmkarlar ittifaqları ilə işləməyə başladım, sonra seçkilərdə qalib gəldim, mənim bossum isə seçkiləri uduzdu.

Bundan sonra mən yaxın dostlarımdan biri ilə öz şirkətimin əsasını qoydum.  Mən işi daha yaxşı başa düşməyə, yeni texnologiyaları öyrənməyə başladım. Siz işinizi maraqlı təqdim etməlisiniz, bu halda insanlar sizə qulaq asacaq. Hər zaman nəsə yeni bir sheyi öyrənirsən. Sonra isə mən siyasətlə məşğul oldum.

-Siz korrupsiya ilə mübarizədə ən çox müvəffəqiyyət qazanmış insanlardansız. Bu nə dərəcədə yerinə yetirilməsi mümkün olan vəzifədir?

Biz qeyri adi dövlətik. Biz hakimiyyətə gəlməkdən qabaq o kifayət qədər korrupsiyaya uğramış dövlət idi.  Bu vaxta kimi bizə britaniyalılar rəhbərlik edirdilər. Onlar yerli nazirlərlə hakimiyyəti bölürdülər və keçid dövrü zamanı onlara daha yüksək səlahiyyətlər verirdilər.  Bu hakimiyyət ötürülməsi dövrü keçdikdən sonra daha tez-tez rüşvətxorluqla, hədiyyələrlə, yenə hədiyyələrlə, sonra pul və sair ilə müşayiət edilirdi.

Biz hakimiyyətə gələndə buna son qoymaq qərarı verdik, əks halda biz yaşaya bilməzdik. Qonşularımızın çox həcmdə sərvətləri, neft, qaz, meşələri, çayları və hidroelektrostansiyaları var. Biz isə balaca adayıq. Biz necə yaşaya bilərik? Başqa prinsiplər üzrə yaşamağa başlamalı idik: sən rüşvətxorsan, mən yox, sizin iqtisadiyyatınız aşağı effektlidir, bizdə isə hər şey əksinədir.  Sizin ölkənizdə yaşamaq təhlükəlidir, bizim ölkədə yaşamaq təhlükəsizdir.  Qadın gecə saat üçdə küçədə qaçmaq qərarı verə bilər və ona heç bir təhlükə qorxusu yoxdur. Biz buna necə nail olmuşuq? Ən əvvəl biz insanlara başa saldıq ki, öz yolumuz ilə getməsək yaşaya bilməyəcəyik.

Bizm neftimiz, qazımız yoxdur, lakin bizim bütün regionda ən iri neft emal edən və neft kimya kompleksimiz var. Bütün iri şirkətlər bizdə işləyirlər. Nə üçün? O səbəbdən ki, sabitlik, investisiyaların qorunması, effektivlik və etibarlı olmaq var. Misal gətirim. 1973-cü ildə Ərəb ölkələri ABŞ-ın İsraili dəstək etdiyinə etiraz edərək neft embarqosu tətbiq etdilər. Bütün bu ölkələr “neft anbarlarında saxlanılan, başqa insanlara məxsus olan bütün neftin onlara məxsus olması və satıla bilməyəcəyi” haqqında eyni zamanda məlumat vermişdilər.

Mən qərara gəldim ki, əgər biz firavan yaşamaq istəyiriksə bu münaqişəyə müdaxilə etmək lazım deyil. Mən nefçilərə zəng edib dedim: əgər siz işlərinizi əvvəlki kimi aparmaq istəyirsinizsə və əgər siz itkilərin hamı üçün eyni dərəcədə paylaşmasını, yəni hamı ancaq əvvəl aldıqları hissəni alacaqlarını hesab edirsinizsə, biz sizinlə bu mövqedə bölüşməyə hazırıq.

Onlar bu haqda unutmamışdılar. Bu gün resessiya zamanı ExxonMobil-in Sinqapura olan investisiyaları $12 mlrd təşkil edir, Exxon Mobili özünə daxil etməkdən qabaq isə bu rəqəm $6  mlrd təşkil edirdi. Onlar əlavə olaraq $4,5 mlrd investisiya etmək istəyirlər, beləliklə investisiyaların ümumi miqdarı $16,5 təşkil edəcək.

Bu nə üçün baş verir? Çünki onlar əmindirlər ki, biz öz öhdəliklərimizdən imtina etməyəcəyik. Qərb neft şirkətlərində baş verdikdən sonra Rusiyaya buna nail olmaq üçün çox vaxt lazım gələcək. Mən kimin haqlı kimin haqsız olduğu haqda mühakimə etməyə cəhd etmirəm.  Mən demək istəyirəm ki, biz müqavilə bağlayanda onun şərtlərini diqqətlə öyrənirik. Biz onu ya imzalayırıq, yaxud imzalamırıq. Lakin əgər biz onu imzalayırıqsa, biz onun şərtlərini necə olur-olsun, yerinə yetirirməyə borcluyuq.
Etibarlı olmaq lazımdır, o faktı qəbul etmək lazımdır ki, saziş nəticəsində siz uğursuz mövqedə ola bilərsiz, lakin uzun müddətli perspektivdə siz qalib olacaqsız.

– Düzdür ki, siz oğlunuz üçün baş nazir vəzifəsini əldə etmək üçün öz vəzifənizdən istifadə etmişdiz?

– Mənə bu sualı artıq 1001 dəfə veriblər.  Mən öz oğlumu təyin etməmişəm, mən bu vəzifədə 14 il çalışan baş naziri, işimi davam etdirəni  təyin etmişəm. O mənim oğlumu öz müavini təyin etmək qərarı verdi. Mən bunda iştirak etməmişəm. O müdafiə naziri vəzifəsində olanda mənim oğlum operativ idarə etmə rəisi idi və nazir onun işindən razı idi. Nazir ondan xidmətdən çıxmaq və siyasətlə məşğul olmağı xahiş etdi.

Mən oğlumun nailiyyətlərini şişirtmək istəmirəm. Lakin o Kembricə daxil olub riyaziyyatla məşğul olmaq qərarı verdi. Bu İsaak Nyutonun cazibə qüvvəsini sübut etdiyi kollecdir, – Triniti-kollec. Mən ona dedim dayansın, belə ki, orada həddindən yüksək tələblər var, daxil olmaq üçün imtahan vermək lazımdır. O imtahanları verdi və dərhal ikinci kursa daxil oldu. O iki ilə digər tələbələr üç ilə nail olduqlarına nail oldu. Buraxılış imtahanından sonra onun müəllimi ən yaxşı tələbələrə mükafat verən Sinqapur tələbə assosiasiyasına onun kursda hər hansı bir tələbədən 16 ən yüksək bal artıq aldığı haqqında yazmışdır.

Kembricin tarixində indiyə kimi belə hal olmamışdı. Onun belə qabiliyyətləri var.  O ingilis, çin, malay dillərində  danışır, hətta rus dilini bilirdi. O öz vəzifəsində beş il işlədi və indi heç kim şübhələnmir ki bu vəzifəyə ondan yaxşı uyğun olan başqası yoxdur.

– Məsələn, de Qoll kimi Siz də insanları arxanızca necə apara bilirsiz, sizin sirriniz nədədir?

– Mən heç vaxt yazılandan oxumuram. Mən həmişə dinləyicilərin gözlərinə baxıram. Hazırlanmış mətndə, qazetlərdə  yazılanların hamısı strukturlaşmış yazılardır.  Lakin ən vacibi auditoriyanın sizə diqqətini itirməməsini təmin etməkdir, bu səbəbdən mən hazırlanmış mətn haqqında unudaram və dinləyicilərə baxıram. Əgər görsəm ki, onlar hər hansı bir fikri başa düşmədilər, mən onu təkrar edirəm, lakin artıq fərqli təkrar edirəm. Yəqin ki digər tanınmış natiqlər kimi, Lenin də belə edirdi.

Mən böyük natiq deyiləm, lakin mən öyrənirəm. Əgər siz siyasətlə məşğulsunuzsa, telesuflyor siz danışdığınızın insanlar tərəfindən maraqlanmalarına kömək edə bilməz.  Əgər siz yazılmış mətnə bağlısınızsa, çıxışınız boş şeylə məşğul olmaq deməkdir. Çıxış zamanı dinləyicilərə baxın və əgər görsəniz ki onlar əlaqəni itiriblər, deyiləni təkrar edin.   Mən belə edirəm.

De Qoll başqa cür edirdi, onun bütün sözləri əsaslı surətdə düşünülmüş idi. Mən fransızca danışmıram, lakin onun memuarlarını oxumuşam və onun çıxışlarında olmuşam, o böyük natiq idi. Onun bütün nitqini əvvəldən axıradək, hər sözü yadda saxlamaq olardı. O ritmi, intonasiyanı, ayrı-ayrı sözlərin qeyd edilməsini qabaqcadan öyrənirdi.

Mən 1952-ci ildə işləməyə başlayanda, bir neçə dildə danışmalı olurdum. Böyük Britaniyadan qayıdandan sonra, həmkarlar ittifaqlarına pulsuz işləməyə başladım.
Mən onların əsasında gələcəkdə siyasi partiya yaratmaq ideyası haqqında düşünürdüm və bu səbəbdən onlara kömək edirdim.  BBC-də danışılan yox, sadə xalq dilində, malay və sadələşdirilmiş ingilis dilində danışmağa öyrəndim. Bu qrammatik qaydalarsız dildir, ümumiyyətlə siz ingilis sözlərindən istifadə edərək malay dilində danışırsız. Sonra mən çin dili istifadə edən həmkarlar ittifaqlarında işləməyə başladım. Əvvəl mən eyni zamanda üç-dörd dildə danışmalı olurdum. Bu sizi tamamilə əldən salır.

Bir dəfə mən üç dildə, – ingilis, çin, malay dillərində çıxış edirdim. İngilis dili mənim əsas dilimdir, mən onu daha çox istifadə etdiyimdən, mənə bu dildə danışmaq çox asandır. Bir qədər balaca pəncərəsi olan radio kabində işləyəndə mən nəfəs almaq çətin olduğundan döşəməyə uzanmağa məcbur olurdum, mən həqiqətən  tamamilə canımı verirdim, lakin nə üçün? O səbəbdən ki, insanlar mənim səmimi olduğuma inansınlar, mən dediyim hər sözümə inanıram, mən vəd etdiyimi yerinə yetirəcəm.
Təhsil sahəsində mənim siyasətim elə etməkdir ki, insanlar ingilis dilini öz əsas dilləri seçsinlər. Siz başqa üsulla yaşamağınız üçün necə qazanacaqsız? 1950-ci illərdə beynalxalq şirkətlərlə necə qarşılıqlı münasibət qura bilərdiz? Əgər mən ancaq malay dilində danışsam – səfalətə düşərdım. Hamı ingilis dili öyrənməlidir, onların doğma dili isə ikinci dil olmalıdır. Çin dili, ikinci dil kimi yaxşıdır.

Mənim taktikam öz gələcək nailiyyətlərimi lazımı qədər qiymətləndirməmək və vəd etdi