2 C
Baku
Saturday, December 14, 2024

Sinqapur “Pfizer” və “BioNTech” peyvəndini təsdiq edib

Sinqapur Səhiyyə Elmləri İdarəsi (Health Sciences Authority – HSA) “Pfizer” və “BioNTech” peyvəndini təsdiq edib.

Banker.az bu baarədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Sinqapur Səhiyyə Elmləri İdarəsi ölkədə “Pfizer” və “BioNTech” peyvəndinin istifadəsinə icazə verib”, – deyə HSA-nın press-relizində deyilir.

Eyni zamanda bu təsdiqin müvəqqəti olduğu qeyd edilir. Preparatın tam qeydiyyatı onun uzun müddət ərzində təsirli olduğu sübut edildikdən sonra baş verəcək. Yerli mətbuat xidmətinin verdiyi məlumata görə, peyvəndin ilk partiyası ölkəyə bu ilin dekabr ayının sonunda gətiriləcək.

“Biz önümüzdəki aylarda digər peyvəndlərin də Sinqapura göndəriləcəyini gözləyirik. Əgər hər şey plana uyğun getsə, 2021-ci ilin üçüncü rübünə qədər əhalini peyvəndlə təmin edəcəyik”, – deyə baş nazir söyləyib.

Ölkənin Səhiyyə Nazirliyi ilk növbədə yetkin əhalinin, xüsusən də ən həssas qrupların peyvəndlə təmin edilməsini tövsiyə edib. Bunlara səhiyyə işçiləri və yaşlılar daxildir.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, pandemiya başlayandan Sinqapurda 58 320 yoluxma halı qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər