7 C
Baku
Sunday, December 15, 2024

Sinqapur Rusiya banklarının əməliyyatlarına qadağa qoyur

Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan bildirib ki, ölkə Ukraynadakı münaqişə ilə əlaqədar bəzi Rusiya banklarının maliyyə əməliyyatlarına qadağa tətbiq edəcək.

Banker.az “TASS”a istinadən xəbər verir ki, “Biz gözləyirik ki, bu cür tədbirlər bizim biznesimiz, vətəndaşlarımız və iqtisadiyyatımız üçün müəyyən nəticələr verəcək”, – deyə nazir etiraf edib. Bununla belə, “müstəqilliyin və suverenliyin əsasını təşkil edən prinsipləri dəstəkləməsək, bir millət kimi mövcud olmaq və çiçəklənmək hüququmuz bir gün şübhə altına düşə bilər”, – Balakrişnan vurğulayıb.

“Biz Rusiya və rus xalqı ilə yaxşı münasibətlərimizi bundan sonra da dəyərləndirmək niyyətindəyik, lakin başqa bir dövlətin suverenliyi və ərazi bütövlüyünün bu cür pozulması ilə barışa bilmərik”, – deyə Sinqapurun XİN rəhbəri söyləyib.

Onun sözlərinə görə, ölkə “Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasından (ASEAN) olan tərəfdaşlarla birlikdə Ukraynanın işğalına qarşı qəti mövqe nümayiş etdirməyə davam edəcək”.

Son xəbərlər
Digər xəbərlər