8 C
Baku
Monday, November 18, 2024

Sinqapur Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib

Sinqapur bir sıra Rusiya banklarına qarşı sanksiyalar tətbiq edib, həmçinin Rusiya Mərkəzi Bankı ilə əməliyyatları qadağan edib.

Banker.az “Kommersant”a istinadən xəbər verir ki, Sinqapurun sanksiyalarına daxildir:

– “VTB”, “VEB”, “Promsvyazbank” və “Rossiya” banklarının aktivlərinin dondurulması, onlarla əməliyyatların qadağan edilməsi;

– Rusiya hökuməti, Rusiya Mərkəzi Bankı və onların sahib olduqları hüquqi şəxslərlə əməliyyatların qadağan edilməsi;

– “elektronika”, “kompüterlər”, “telekommunikasiya” və “informasiya təhlükəsizliyi” kateqoriyalarından ikili təyinatlı hərbi təyinatlı malların tədarükünün qadağan edilməsi.

“Sinqapur kimi kiçik bir dövlət üçün bu nəzəri prinsip deyil, təhlükəli presedentdir”, – deyə mesajda bildirilib.

Rusiya fevralın 24-ündən prezident Vladimir Putinin göstərişi ilə hərbi əməliyyat keçirir. Buna cavab olaraq bir sıra ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Son xəbərlər
Digər xəbərlər