Sinqapur hökuməti yalan məlumatların yayılmasının qarşısını almaq məqsədi ilə internetə məhdudiyyətlər qoyacaq.
Bunu ölkənin baş naziri Li Syan Tun deyib.
Li Syan Tun qeyd edib ki, elə cəmiyyət yoxdur ki, orada idarə olunmayan söz azadlığı olsun. O deyib ki, ABŞ və Avropa ölkələri, xüsusilə Almaniya saxta məlumatların yayılması problemi ilə mübarizə aparırlar.
Baş nazirin sözlərinə görə, son ictimai sorğuya görə, sakinlərin təxminən 80%-i saxta məlumatları tanımaq qabiliyyətinə malik olduğuna əminlik ifadə edib. Eksperimentə görə, onlardan yalnız 10 faizi bunu etməyə qadirdir.
©Trend







