Nəqliyyat xərclərinin artması və baza inflyasiya səbəbindən Sinqapurda istehlak qiymətləri son 14 ilin ən yüksək səviyyəsinə yüksəlib.
Banker.az xəbər verir ki, Sinqapur Statistika Departamentinin açıqladığı məlumatlara görə, bu ilin avqust ayında əvvəlki ilin eyni ayına nisbətən qiymətlərdə 7.5% artım olub. Proqnozlar isə, əvvəlki ayda 7% olan artımın 7.2%-ə yüksələcəyi yönündə idi.
Beləliklə, inflyasiya 2008-ci ilin iyunundakı kimi 7.5% artımla eyni səviyyəyə çatıb.
Baza inflyasiyanın 4.8%-dən 5.1%-ə yüksəlməsi artıma təsir edib. Analitiklər 5% artım proqnozlaşdırmışdılar.
Artım nəqliyyat qiymətlərində 20.2 faiz, əmlak və ictimai xərclərdə 6%, ərzaq məhsullarının qiymətlərində isə 6.4% olub.
Aylıq artımlar ümumi inflyasiyada 0.9%, baza inflyasiyasında isə 0.5% olub.