27 C
Baku
Saturday, July 27, 2024

Sinqapurda robot polislər fəaliyyətə başlayıb

Sinqapur Respublikasında robot polislər fəaliyyətə başlayıb.

Robotlar 5 illik sınaqdan sonra Sinqapur Polis Qüvvələrinə qoşulublar.

Hazırda robot polislər Sinqapur Hava Limanında fəaliyyət göstərirlər.

Sərnişinlər deyirlər ki, təxminən 2 metr hündürlüyü olan robotlara “diqqət etməmək çətindir” və onlar “Qara Güzgü” serialının reallaşdığı hissini oyadırlar.

Sinqapur polisi isə bildirib ki, robotlar aprel ayından terminalda yaxşı iş ortaya qoyublar, ona görə də bu polislər yaxında mərhələli olaraq 5 milyondan çox əhalisi olan ölkənin hər yerinə yerləşdiriləcəklər.

Xatırladaq ki, Sinqapurda daha öncə də koronavirus zamanı hava limanında sosial məsafə qaydalarına nəzarət etmək üçün robot itlərdən istifadə edilmişdi.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər