14 C
Baku
Thursday, March 28, 2024

Sinqapurda robot polislər istifadəyə verilib

Sinqapurda robot polislərin üç həftəlik sınaq müddəti başa çatıb.

Banker.az xəbər verir ki, “Xavier” adlı bu robotlar mənzil kompleksində və ticarət mərkəzlərində patrul xidməti göstərərək oradakı “aruolunmaz” ictimai davranışları müəyyən ediblər.

Robot polislər yeddi kamera ilə təchiz edilib. Üç həftə ərzində onlar qadağan edilən yerlərdə siqaret çəkmək, velosipedləri düzgün saxlamamaq və sosial distansiya qaydalarına riayət etməmək kimi pozuntuları aşkar etməklə məşğul olublar.

“Zəhmət olmasa bir metr məsafə saxlayın. Xahiş edirəm, qaydaya riayət edin: qrupda maksimum beş nəfər”, – deyə robot sosial məsafəni qorumayan insanlara səslənib.

Qeyd edək ki, yerli sakinlər dövlət tərəfindən total izləmə olduğuna görə bu yeniliyi mənfi qarşılayıblar. Sinqapur hökuməti isə öz növbəsində bu robotların vətəndaşların hüquqlaırnı məhdudlaşdırmadığını bildirib. Ona görə, “dəmir” polislərə ehtiyac iş qüvvəsinin çatışmazlığından irəli gəlir – əhali sürətlə qocalır deyə, ölkədə kadrların sayı azalır.

Hazırda 5.5 milyon əhalisi olan adada təxminən 90 min polis kamerası quraşdırılıb. 2030-cu ilə qədər onların sayının iki dəfə artırılması planlaşdırılır. Xatırladaq ki, daha əvvəl “Dyson” şirkəti unikal robot təmizlikçi üzərində işlədiyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər