Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq istəyirlər. Çip kiçik qurğuya yerləşdiriləcək və onu çantada gəzdirmək olar.
Qurğu koronavirus daşıyıcıları ilə təmasda olmuş insanları müəyyənləşdirəcək. Smartfondan asılı olmayacaq cihazı Sinqapurun hər bir sakininə paylamaq nəzərdə tutulub.
Lakin xüsusi daşınan qurğular mütəxəssislərdə narahatçılıq yaradıb. Onlar qeyd ediblər ki, istifadəçilər üçün cihaz tərəfindən hansı məlumatların hara ötürülməsini araşdırmaq çətin olacaq.