6 C
Baku
Sunday, December 15, 2024

Sinqapurun Baş naziri istefa verdiyini açıqlayıb

Sinqapurun Baş naziri Li Syan Lun mayın 15-də vəzifəsini tərk edəcəyini açıqlayıb. 72 yaşlı siyasətçinin Baş nazir kimi varisi 51 yaşlı Lourens Vonq Xiong Tsai olacaq. Baş nazirin saytındakı rəsmi açıqlamada qeyd edildiyi kimi, hazırda Maliyyə Nazirliyinə rəhbərlik edən Lourens Vonq eyni gün, yəni mayın 15-də yeni vəzifəsinin icrasına başlayacaq.

Hazırkı Baş nazirin sözlərinə görə, cənab Vonq hakim Xalq Fəaliyyəti Partiyasından olan parlament üzvlərinin yekdil dəstəyinə malikdir. Sinqapurun ilk Baş naziri Li Kuan Yunun böyük oğlu Li Syan Lun 2004-cü ilin avqustunda hökumətin başına keçib. Hökumət dəyişikliyindən bir neçə ay sonra Sinqapurda seçkilərin keçiriləcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər