Sinqapurun “hedge” fondu ABŞ və Çin arasındakı silahlı qarşıdurmaya hazırlaşır

Sinqapurun “hedge” fondu (APS Asset Management Pte) ABŞ və Çin arasında silahlı qarşıdurma baş verdikdə, dayanıqlığını qoruya biləcək qiymətli kağızlara, nağd pula, habelə səhmlərə qoyuluşlarını artırıb. Fondun qurucusu Kok Hoy Vonq hesab edir ki, digər investorlar iki super güc arasındakı gərginliyi obyektiv qiymətləndirmirlər.

Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Vonq əminliklə bildirir ki, noyabr ayında seçki kampaniyası dövründə siyasi gərginlik pik nöqtəyə çata bilər. ABŞ-ın silahlı qüvvələri Cənubi Çin dənizi ərazisində münaqişə törədəcəklər, deyə təfərrüatları açıqlamayan investor vurğulayır.

“Hedge” fondun təsisçisi bu münaqişənin genişmiqyaslı müharibəyə çevrilməyəcəyini düşünür, lakin bununla yanaşı, “bazarlarda çaxnaşma başlayacaq”. O hesab edir ki, ABŞ və Çin arasındakı qarşıdurma “ehtimal edilən” yox, “mümkün” adlandırıla bilər. Bu səbəbdən investor hərbi əməliyyatların başlaması ilə düşə biləcək aktivləri satmağa tələsmir. Bildirildiyi kimi, koronavirus peyvəndi əldə edilənə qədər, ABŞ və Çin arasındakı münasibətlərlə müqayisdə pandemiyanın iqtisadiyyata təsiri daha güclü olacaq.

Vonqun sözlərinə görə, iki ölkə arasındakı toqquşma təkcə ticarət bərabərsizliyi səbəbindən baş verməyəcək. Onun fikrincə, investorlar əsas fəaliyyəti Çində olan amerikan şirkətlərinə sərmayə qoymaqdan çəkinməlidirlər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.