10 C
Baku
Tuesday, November 26, 2024

Sinqapurun “iqtisadi möcüzəsi”

Sinqapur ada dövləti Şimal-Şərqi Asiyada yerləşir və bir çox siyasətçi və iqtisadçıların fikrincə XXII əsrin dövlət modelidir. Demək olar ki, ölkənin bütün nailiyyətləri yalnız 1 şəxsin – ölkənin keçmiş baş naziri Li Kuan Yu-nun adı ilə bağlıdır. 

Sinqapur XIX əsrdən etibarən Britaniyanın müstəmləkəsi olmuşdur və bu səbəbdən də burada onun dil və adət-ənənələrini indi də görmək mümkündür. 63 adadan ibarət olan bu ölkə demək olar ki, heç bir təbii resurslara sahib deyil və hətta içməli su və tikintidə istifadə edilən qumu Malayziya və İndoneziyadan almalı olur. Lakin bunun əvəzində Sinqapur banklara, göydələnlərə, gözəl yollara, təhsilə, tibb xidmətlərinə və dünyada ən yaxşı vergi tutma sisteminə sahibdir. Bütün bunların təməlini isə Li Kuan Yu qoymuşdur.

 Deyilənlərə görə, Li Kuan Yu-nun atası  qumarxanalara ziyarət etməyi sevirdi. XX əsrin əvvəllərində Sinqapurun hər küncündə belə qumarxanalara rast gəlmək mümkün idi. Onun atası sahib olduğu hər şeyi, hətta bir dəfə ailənin kauçuk plantasiyasını uduzur. Qumar aludəçisi olan bu şəxs uduzduqdan sonra evə gələrək hər şeyin acığını ailəsindən çıxardı.

 1923-cü ildə dünyaya gələn Li Kuan Yu özünə atası kimi olmayacağı sözünü verir. O öz vədinə sadiq qalır, məktəbi əlaçı olaraq bitirir, kollecə daxil olur və daha sonradan Cambridge universitetində təhsil almağa yollanır.

 Vətənə qayıtdıqdan sonra isə hüquqşünas olaraq işləməyə başalyır. O 30 il müddətində ölkənin baş naziri olmuş, daha sonradan 7 il məsləhətçi nazir qismində işləmişdir. Hazırda ölkənin rəhbəri isə onun oğlu Li Syan Lun-dur. 91 yaşlı Lu Kuan Yu isə dövlət məsləhətçisi olaraq fəaliyyət göstərir.

 Bəs cəmiyyətin aşağı təbəqəsinə məxsus olmuş bir şəxs ölkəsini dünyaca zəngin bir yerə çevirmişdir? Lu Kuan Yu-nun öz ailəsindən dərs çıxardığını desək yanılmarıq. O hakimiyyətə gələn kimi, ölkədə qumaq oyunlarını qadağan edir və spirtli içki qiymətlərini yüksəldir. Hazırda Sinqapurda spirtli içkilər xüsusi mağazalarda və baha qiymətə satılır. Li Kuan Yu öz islahatlarını ölkəyə əcnəbi şirkətləri dəvət etməklə başlayır. Sinqapurun investisiyalara ehtiyacı var idi və nazir bunun üçün mümkün və mümkün olmayan hər bir şeyi edirdi.

Pul axınına sahib olan Lu Kuan rüşvətxorluq və cinayətkarlıqla mübarizə aparmağa başlayır. O bunu belə izah etmişdi: Sinqapur heç bir təbii resursa sahib deyil və bu səbəbdən də gəlirlərin şəffaflığı və həyat təhlükəsizliyinin yüksək səviyyədə olması ölkənin əsas zənginliyi olacaq. O islahatlarını həyata keçirmək üçün hər şeyə göz yumur. Hətta öz yaxın dostunun rüşvətxorluqla məşğul olduğunu bildikdə onu həbs etdirir.

 Ölkədə qanunlar digər ölkələrdən daha çox böyük hörmətlə qarşılanır. Burada digər ölkələrdə fikir verilməyən şeylərə belə qadağalar mövcuddur, məsələn, saqqız çeynəməkdən tutmuş küçə incəsənətinə qədər.

Son xəbərlər
Digər xəbərlər