9 C
Baku
Friday, December 13, 2024

Sinqapurun kriptovalyuta startapı $1 mlrd. qiymətləndirmə ilə $129 mln. cəlb edib

Sinqapurun “Matrixport” adlı kriptovalyuta startapı yaradılandan iki il sonra “təkbuynuzlu”ya çevrilib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, şirkət 1 milyard dollar qiymətləndirmə ilə 129 milyon dollar investisiya cəlb edib.

Yuri Milnerin “DST Global” fondu ilə yanaşı, investisiya raunduna “Qiming Venture Partners”, “CE Innovation Capital”, “Tiger Global” və digərləri iştirak edib.

Vəsaitlərin tədqiqat və inkişafa, habelə innovativ məhsulların və təhlükəsizlik sektorunun genişlənməsinə yönəldilməsi planlaşdırılır. Bundan əlavə, şirkət beynəlxalq səviyyədə inkişaf etməyi və yeni yurisdiksiyalarda fəaliyyət göstərmək üçün lisenziya almağı düşünür.

“Matrixport” həm hüquqi, həm də fiziki şəxslərə saxlama, ticarət, borc vermə və aktivlərin idarə edilməsi daxil olmaqla kriptovalyutalarla bağlı bir çox maliyyə xidmətlərini təklif edir.

Startapın baş direktoru Con Ge “Bloomberg”ə verdiyi açıqlamada onun üç-beş il ərzində birjaya çıxmaq və “yüz milyardlarla dollarlıq” aktivləri idarə etmək niyyətində olduğunu söyləyib.

“Matrixport” şirkəti 2019-cu ildə Sinqapurda qurulub, hazırda Honkonq və İsveçrədə fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər