28 C
Baku
Thursday, June 13, 2024

“Sinteks” şirkəti “Azsığorta”nı məhkəməyə verdi

“Sinteks” Məhdud Məsuliyyətli Cəmiyyət “Azsığorta” ASC-ni məhkəməyə verib.

Banker.az xəbər verir ki, “Sinteks” MMC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatındadır.

“Sinteks” MMC ilə “Azsığorta”nin arasındakı məhkəmə çəkişməsinin səbəbi açıqlanmayıb.

Qeyd edək ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVİSMS) növü üzrə verilmiş icazənin ləğv edilməsi yolu ilə “Azsığorta” ASC sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 15 sentyabr 2022-ci il tarixindən məhdudlaşdırılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər