Banker.az saytı xəbər verir ki, Dünya Problemlərini Araşdırma üzrə Stokholm İnstitutu (SIPRI) növbətini hesabatını elan edib. Hesabata əsasən, 2012-2016-cı illərdə dünya üzrə silah ticarəti son 5 il ilə müqayisədə 8,4% artıb. ABŞ və Rusiya bu bazarın əsas ixracatçı ölkələridir.
ABŞ dünya silah bazarının üçdə bir hissəsinə nəzarət edir və silah ixrac etdiyi əsas ölkələr Yaxın Şərq ölkələridir. Rusiya isə bu dövr ərzində bazarın 23%-nə sahib olub. SIPRİ qiymətləndirməsin görə, Rusiyanın silah ixrac etdiyi əsas ölkələr Hindistan, Çin, Vyetnam və Əlcəzairdir. Qeyd edək ki, Rusiyanın satdığı silah və texnikanın 4 faizini Azərbaycan alıb. ABŞ isə həbi texnika və silahlarını 100 ölkəyə satıb.
Araşdırmaçılar qeyd edir ki, Çin silahlanma bazarında öz payını 3,8%-dən 6,2%-ə qədər artırıb.
Hindistan isə ən nəhəng silah idxal edən ölkə olaraq qalır. Ölkə 2007-2011-ci illər ilə müqayisədə silah alışını 43% artırıb. Bu kateqoriya üzrə ikinci pillənin sahibi Səudiyyə Ərəbistanıdır.